Məqalədə türk dünyasının ayrılmaz bir parçası sayılan İraq türkmanları haqqında ətraflı məlumat verilir. İraq türkmanları İraqın müxtəlif regionlarında mövcud olsalar da, onların ən sıx yaşadıqları yer Kərkük bölgəsidir. Coğrafi cəhətdən həm də Türkmən Eli adlandırılan Kərkük bölgəsi və ətrafı İraq türkmanlarının ana vətəni hesab olunur. Kərkük isə rəmzi şəkildə İraq türkmanlarının paytaxtıdır. Ona görə də bəzən Kərkük sözü geniş mənada İraqda yaşayan türklər anlayışını ifadə edir.
İraq türkman xalqının görkəmli yetirmələri sırasında İhsan Doğramacı, Əbdüllətif Bəndəroğlu və Əta Tərzibaşının müstəsna xidmətləri vardır. İhsan Doğramacı tibb elminin və universitet quruculuğunun yüksəldilməsində, Əbdüllətif Bəndəroğlu İrak–türkman yazılı ədəbiyyatının və mətbuatının inkişaf etdirilməsində, Əta Tərzibaşı isə türkman folkloru və el ədəbiyyatının toplanılması, araşdırılması və nəşri sahəsində böyük xidmətlər göstərmişlər.
Müəllifin fikrincə, böyük elmi-siyasi nüfuzuna görə İhsan Doğramacı İraq türkmanlarının lideridir. Geniş elmi-ədəbi xidmətlərinə və ümummilli mövqeyinə görə Əta Tərzibaşı İraq türkmanlarının Dədə Qorqududur. Ədəbiyyat və mətbuat sahəsindəki işinə, fəaliyyətinə və vətəndaşlıq missiyasına, ictimai fəaliyyətinə görə Əbdüllətif Bəndəroğlu İraq türkmanlarının Abbas Zamanovudur.
Primary Language | Azeri |
---|---|
Subjects | Modern Turkic Languages and Literatures (Other) |
Journal Section | Research Articles |
Authors | |
Publication Date | December 28, 2023 |
Submission Date | November 14, 2023 |
Acceptance Date | November 30, 2023 |
Published in Issue | Year 2023 Issue: 2 |