İzzəddin Həsənoğlunun Azərbaycan türkcəsində şeir yazan ilk şair olduğu haqqında ilk mə-lumatlar Dövlətşah Səmərqəndinin “Təzkirətüş Şuara” adlı əsərində yer almışdır. İndiyə kimi Həsə-noğlunun türkcə üç şeiri məlum idi. Qıpçaq şairi Seyfi Sarayi Sədi Şirazinin “Gülüstan” adlı əsərini tǝrcümǝ edərkən, tərcümənin sonuna onun “Apardı könlümü bir xoş qǝmǝr üz, canfǝza dilbǝr” mis-rası ilǝ başlayan qǝzǝlini əlavə etmişdir. Digər bir şeiri “Mǝcmuǝtün-Nǝzair vǝ Cǝmiun-Nǝzair”dǝ nǝşr olunan “Әcǝb bilsǝm mǝni şeyda qılan kim” misrası ilǝ başlayan qəzəlidir. “Nǝcǝsǝñ gǝl ey yü-zi ağum bǝnüm” misrasıyla başlayan şeiri isə Barbara Flemminq tǝrǝfindǝn Misirdǝ çap olunmuş-dur. Hǝsǝnoğlunun şeirini Qıpçaq şairi Seyfi Sarayinin tǝrcümǝnin sonuna ǝlavǝ etmǝsi, Mǝmluk bölgǝsi, Xarǝzm-Qızıl Orda-Azǝrbaycan-Anadolu bölgǝlǝrindǝ hakim olan ǝdǝbi dillǝrin inkişaf ye-ri olduğunu və İzzǝddin Hǝsǝnoğlunun bu bölgǝdǝ çox yaxşı tanındığını sübut edir. Hǝsǝnoğlu haq-qında ilk məlumatı 1921-ci ildǝ “Dǝrgah” mǝcmuǝsinin 1-ci nömrǝsindǝ “Әn ǝski türk-azǝri şairi Hǝsǝnoğlu” vǝ 1925-ci ildǝ “Darülfünun ǝdǝbiyyat fakültǝsi mǝcmuǝsinin IV/I” nömrǝsindǝ “Azǝri ǝdǝbiyyatına aid notlar: Hǝsǝnoğlu vǝ Hǝbibi” adlı mǝqalǝlǝri ilǝ türkiyǝli alim Fuad Köprülü ver-mişdir.
Həsənoğlunun “Kitabi-sirətün-nəbi” adlı 367 vərəqlik əlyazması Finlandiyadan tapılmışdır. Müəllif 2009-cu ildən başlayaraq bu əsər üzərində işləyərək 2023-cü ildə Türkiyədə çap etdirib. Әsər hz. Məhəmmədin həyatı, mübarizələri və hz. Әlinin müəyyən cənglərinə həsr edilib. Türk dünyasında ilk siyər əsəri Әrzurumlu Mustafa Zəririn yazdığı söylənilsə də, ancaq İzzəddin Həsənoğlu Zərirdən yüz il öncə yaşamışdır. Üzərində uzun illər işləyib çap etdirdiyim bu əsər türkcənin ilk siyər əsəri olmaqla yanaşı, türk epik şeirinin XIII yüzillikdəki ən gözəl əsərlərindəndir. Әsər türk epik ənənəsi-nin möhtəşəm abidəsidir. Bu əsərlə birlikdə XIII yüzilliyə məxsus türk ədəbiyyatı və dil tarixinin yenidən yazılmasına ehtiyac vardır.
Primary Language | Azeri |
---|---|
Subjects | Modern Turkic Languages and Literatures (Other) |
Journal Section | Research Articles |
Authors | |
Publication Date | December 28, 2023 |
Submission Date | December 8, 2023 |
Acceptance Date | December 22, 2023 |
Published in Issue | Year 2023 Issue: 2 |