Mahtumkulu Piraği cəmiyyətin ədəbi əxlaqını formalaşdıran, estetik zövqünün düzgün istiqamətlənməsinə təkan və istiqamət verən, ədəbi-mədəni mühitlərə müsbət təsir edə bilən işıqlı, nurlu ədəbiyyat hadisəsidir. 300 il keçməsinə rəğmən bu gün də türkmənlərin;- eləcə də bütün türklərin beynində, şüurunda, içində bir Mahtumkulu Piraği sevgisi, eşqi vardır. M. Piraği haqqında məşhur olan əhvalat, hadisə və hekayətlər bir növ onun zəngin istedadına, fitri qabiliyyətinə marağın nəticəsi kimi uzun illər dolaşmışdır. “ Mahtumkulu Divanı” hələ öz dövründə məşhurlaşmış, xələflərinin ədəbi əsərlərinin püxtələşməsinə vəsilə olmuşdur. XVIII əsr Türkmən ictimai, siyasi mədəni tarixində xüsusi bir mərhələdir. Orta Asiyada da gərginlik var idi, imperialist dövlətlər dünyanı yenidən bölüşmək həvəsinə düşmüşdülər. Çeşidli olaylar ictimai, siyasi münasibətlərə təsir göstərir, böyük türk ulusunun mədəni ab-havasına əlavə ağırlıq gətirirdi. Baş verən neqativ hadisələr isə türkmən etnosun da düzəninə təsirsiz ötüşmürdü. Məhz ona görə də Mahdumqulu dövrü anlayışının altında ciddi mahiyyətə yönəlikli hadisələr, onun bütün təbəddüatları yer alır, eyni zamanda milli oyanışın mövcudluğunu zəruri edirdi. Şərq poeziyasının məlum silsiləsi vardır;- Xaqani, Nizami, Molla Qasım Şirvani, Nişat Şirvani, Həsənoğlu, Xarəzmi, Biruni, Farabi, Navayi, İbni Sina, Sədi, Kaşğarlı Mahmud, Ömər Xəyyam, Mevlana, Hacı Bektaşi Vəli, Füzuli, Yunus Əmrə, Qayğusuz Abdal.XVIII əsrdə isə Mahdumqulu Piraği türk bədii düşüncəsinin zirvəsidir. Mahdumqulu irsi ilə şərq şeiri bədii-estetik düşüncə müstəvisində yeni sferaya daxil olur. O, klassik ənənənin yeni bir mərhələ fenomenini;- şeir dili türkcəni ortaya qoyur. Baxmayaraq ki, ona qədər bir çox şairlər artıq türkcə divanlar ortaya qoymuşdur. Piraği isə saf, təmiz, dupduru doğu türkcəsini asiyanın ədəbi dilinə çevirə bildi.
Mahtumkulu, cəmiyyətin ədəbi əxlaqını formalaşdıran, estetik zövqünün düzgün istiqamətlənməsinə təkan və istiqamət verən, ədəbi-mədəni mühitlərə müsbət təsir edə bilən işıqlı, nurlu ədəbiyyat hadisəsidir. 300 il keçməsinə rəğmən bu gün də türkmənlərin;- eləcə də bütün türklərin beynində, şüurunda, içində bir Mahtumkulu Piraği sevgisi, eşqi vardır. M. Piraği haqqında məşhur olan əhvalat, hadisə və hekayətlər bir növ onun zəngin istedadına, fitri qabiliyyətinə marağın nəticəsi kimi uzun illər dolaşmışdır. “ Mahtumkulu Divanı” hələ öz dövründə məşhurlaşmış, xələflərinin ədəbi əsərlərinin püxtələşməsinə vəsilə olmuşdur. Böyük Türkmən şairi, türk dünyasının cəsarət və mərifət kanlarından;- Mahtumkulu Pirağinin anadan olmasının 300 ili tamam olur. Bundan sonra da yüz illər keçəcək və bu böyük şair ədəbi aləmdə boy göstərəcək, etnosun ruhunun, milli yaddaşının, bədii-estetik düşüncəsinin hadisəsi kimi ciddi marağa səbəb olacaqdır.
Çalışmanın tüm süreçlerinin araştırma ve yayın etiğine uygun olduğunu, etik kurallara ve bilimsel atıf gösterme ilkelerine uyduğumu beyan ederim.
Primary Language | Turkish |
---|---|
Subjects | South-West (Oghuz) Turkic Dialects and Literatures |
Journal Section | Articles |
Authors | |
Early Pub Date | June 5, 2024 |
Publication Date | June 7, 2024 |
Submission Date | April 15, 2024 |
Acceptance Date | May 31, 2024 |
Published in Issue | Year 2024 |