S.C.Pişəvərinin 1945-ci ildə Təbrizdə əsasını qoyduğu “Azərbaycan” qəzetində XX əsrin I yarısında İranda və Azərbaycanda qadın mövzusu əsas yerlərdən birini tutur. S.C.Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsinin (ADF) orqanı olan qəzet 1945-1946-cı illərdə Təbrizdə, sonrakı nəşrləri isə ADF-nin məğlubiyyəti səbəbilə Bakıda çap edilmişdir. “Azərbaycan” qəzetində Pəhləvi şah rejiminin xalqa zidd siyasəti, xüsusilə azərbaycanlı qadınların həm milli zülmə, həm də ayrı-seçkiliyə məruz qalması tənqid edilirdi. Qəzetdə qeyd edilirdi ki, “Rza şahın verdiyi azadlıq, qadınları heç bir iqtisadi, ictimai və siyasi hüquqa malik etməmişdir”. Qəzetdə azərbaycanlı qadınlara həqiqi azadlığın Pəhləvilər tərəfindən yox, məhz 1945-1946-cı illərdə Azərbaycan Demokrat Firqəsi hökuməti tərəfindən verildiyi göstərilirdi. Qəzet, ADF hökumətinin məğlubiyyətinə baxmayaraq, ümidini itirmir, həqiqi insan azadlığının yenə də bərqərar olacağını göstərirdi. Qəzetdə Azərbaycan qadınının acı taleyinə həsr edilmiş şeirlər də təqdim edilir və ona ümid verilirdi. Deyə bilərik ki, Pişəvəri irsinin və “Azərbaycan” qəzetinin araşdırılması XX əsrin I yarısında Pəhləvi şah rejiminin xalqa zidd siyasətini, saraya qarşı xalq hərəkatını, milli azadlıq mübarizəsini və İranda, Cənubi Azərbaycanda qadın məsələsini öyrənmək baxımından önəmlidir və öz araşdırmaçılarını gözləyir.
teşekkür ederim
Primary Language | Turkish |
---|---|
Journal Section | Articles |
Authors | |
Early Pub Date | January 22, 2024 |
Publication Date | January 22, 2024 |
Submission Date | May 13, 2023 |
Published in Issue | Year 2024 |
TELİF HAKKI VE YAZAR ETİK SÖZLEŞMESİ FORMU - Copyright and Author Ethical
Telif Hakkı Devri Formu imzalanıp, (taratılıp veya resim jpg. vs olabilir) makale başvuru esnasında Dergi sistemine yüklenmelidir.
This Copyright Agreement Form must be signed by all authors and uploaded to the Journal system (It can be scanned and sent as an image, jpg, etc.).