Sovet dövrü Azərbaycan mətbuatında Türkiyə mövzusu ciddi maraq doğuran və populyarlıq qazanan mövzulardan olmuşdur. Təqdim edilən məqalədə də Sovet hökumətinin ilk illərində dövrün çox populyar mətbuat orqanlarında dərc edilən məqalə və xəbərlərdə türkçülüyə qarşı qısqançlıq meyllərinin olmasına baxmayaraq, Türkiyə və türkçülük haqqında yazıların ki-fayət qədər çox və əhatəli olması faktlarla təsdiq edilir. Eləcə də ölkənin baş mətbu orqanı olan “Kommunist” qəzetinin əlifba islahatının həyata keçirilməsində, Şərq xalqlarının və Türkoloji qurultayların informasiya-təbliğat işinin aparılmasında önəmli vasitə olması diqqətə çatdırılır. O da diqqətə çatdırılır ki, Elmlər Akademiyasının, ədəbi-bədii təşkilatların hələ formalaşmadığı illərdə redaksiya milli qüvvələri ətrafında toplayan mənəvi mərkəz rolunu oynamışdır. Amma bir məsələni də yaddan çıxarmaq olmazdı ki, qəzet, eləcə də “Kommunist” qəzeti orqanı olduğu rəhbər təşkilatın siyasətini yerinə yetirmək üçün təsis edilib və onun vəsaiti ilə nəşr olunurdu. Bununla belə qəzet milli təəssübkeşliyini unutmamış, coxsayli məqalələrdə milli dünyagörüşün qorunmasına çalışılmış və müntəzəm olaraq bunun cəzasını çəkmiş, ciddi tənqid və təqiblərə məruz qalmışdır. “Kommunist” qəzetində 1920-ci illərdə yer alan məqalələr Türkiyə-Sovet dostluğuna, Tür-kiyə ilə münasibətlərin gələcəyinə inam yaratmaqda idi. Təəssüf ki, sonralar məlum oldu ki, bunlar Türkiyəni kommunist yoluna gətirmək üçün Sovet dövlətinin daхili və хarici siyasətindən irəli gələn plan imiş. Təbii ki, bu plan baş tutmayanda repressiyalar başlandı və bu qəzetdən də yan keçmədi. Müəlliflərin “millətçilik”, “türkçülük” adı ilə təqibi başlandı. Faktlar var ki, “Kommunist” qəzetindəki “millətçilik yuvası”nı dağıtmaq üçün dəfələrlə çox yüksək səviyyədə ciddi tədbirlər həyata keçirilmişdir.
“Kommunist” qəzeti Türkiyə-Sovet dostluğu Sovet dövrü millətçilik Türkçülük
Baku Dövlət Universiteti
0000-0003-1970-182X
Salamlar, sayğılar
Turkish theme was one of the topics of great interest in the Azerbaijani press in the Soviet era. This article provides factual evidence that there were quite a lot of comprehensive writings about Turkey and Turkism, though the articles and news published in most popular press media of the time in the early years of the Soviet government were savored with envy and jealousy towards Turkism. Also the article brings to attention the role of the “Kommunist” newspaper as an important tool in the implementation of the alphabetic reform, conducting of information and propaganda work of the Eastern peoples and Turkic congresses. It is shown that in the years when the Academy of Sciences, literary-artistic organizations have not yet been formed, the newspaper editorial has played the role of a spiritual center, which has gathered national forces around itself. But at the same time it should not be forgotten that the newspaper was founded to carry out the policy of and published by means of the resources of the governing organization, which it was a body of. Nevertheless, the newspaper has never abandoned its national affiliation, always sought to protect the national identity in numerous articles, and has been punished for such a stance from time to time. The articles published in the “Kommunist” newspaper in the 1920s were building confidence in Turkish-Soviet friendship and the future of relations with Turkey. Unfortunately, it became clear later on that it was a plan stemming from domestic and foreign policies of the Soviet government to bring Turkey to the communist path. Needless to say that repression was unleashed when this plan did not work, and the newspaper was not spared as well. Prosecution of the authors has been initiated on the grounds of “nationalism”, “Turkism”. There have been cases of tough measures taken repeatedly at a very high level to disperse the “nationalist nest” in the “Kommunist” newspaper.
“Kommunist” newspaper Turkish-Soviet friendship Soviet era nationalism Turkism
0000-0003-1970-182X
Birincil Dil | Türkçe |
---|---|
Konular | Çağdaş Türk Lehçeleri ve Edebiyatları (Diğer) |
Bölüm | Araştırma Makaleleri |
Yazarlar | |
Proje Numarası | 0000-0003-1970-182X |
Erken Görünüm Tarihi | 18 Mayıs 2024 |
Yayımlanma Tarihi | 31 Mayıs 2024 |
Kabul Tarihi | 10 Ocak 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 Cilt: 12 Sayı: 33 |