Türkiye, Azerbaycan'ın dünya ile tarihsel entegrasyonunda ve ulusal basının oluşumunda Türkiye'nin etkisi de dahil olmak üzere devlet geleneklerinin oluşumunda önemli bir rol oynadı. Aynı zamanda tüm Türk kamuoyu fikirleri Azerbaycan kamuoyu için tükenmez bir kaynak olmuştur. Ali Bey Hüseyinzade, Ahmet Ağaoğlu, Ziya Gökalp gibi dahilerimiz tüm Türk dünyasının ortak serveti haline geldi. Aslında bu bağlılık ulusal köklerden beslendiği için toplumun rönesansını etkilemiş ve matbaanın doğuş ve oluşumunun ilk zamanlarında bile kendini teyit etmiştir. Sunulan makale, hem Azerbaycan hem de Türk basınından yola çıkarak Azerbaycan-Türkiye ilişkilerinin gelişmesinde ve şekillenmesinde basının önemli rolünü değerlendirmektedir. Özellikle Azerbaycan Cumhuriyeti ile Türkiye Cumhuriyeti arasında medya alanında stratejik işbirliğine ilişkin mutabakat zaptı imzalanmasının ve "Ortak Medya Platformu"nun oluşturulmasının önemi vurgulanmaktadır. İki kardeş ülke arasında imzalanan medya iş birliğinin medya ilişkilerini daha da güçlendireceği ve Azerbaycan medyasının Türkiye üzerinden dünyaya erişimini hızlandıracağı bildirildi. Bir diğer önemli konu ise Azerbaycan medyasının Türk dünyasında medya ilişkilerinin kurulmasındaki önemli konumudur. Azerbaycan'ın medya kuruluşlarının BDT alanındaki - Rusça konuşulan alandaki konumu daha önemlidir. Bu konuda Azerbaycan medyası, Türkiye'nin Kafkasya'da, Orta Asya'da, Rusya'nın Türkçe konuşan halkları arasındaki çıkarlarının korunmasında önemli bir yere sahiptir ve bu tarihi yerlere erişim için paha biçilmez bir araçtır.
Azərbaycanın tarixən dünyaya inteqrasiyasında və dövlətçilik ənənələrinin formalaşmasında Türkiyə önəmli yer daşıyıb, o cümlədən milli mətbuatın formalaşmasında Türkiyə təsirləri davamlı olaraq özünü təsdiqləyib. Eyni zamanda Azərbaycan ictimai fikri üçün ümumtürk ictimai ideyaları tükənməz qaynaq olmuşdur. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Ziya Gökalp kimi dühalarımız ümümilikdə bütün Türk dünyasının müştərək sərvətləri olmuşlar. Əslində bu bağlılıq milli köklərdən qidalandığından cəmiyyətin intibahına təsir göstərmiş, hətta mətbuatın yarandığı və formalaşdığı ilk günlərdə belə özünü təsdiq etmidir.
Təqdim olunan məqalədə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında və formalaşmasında mətbuatın önəmli rolu, həm Azərbaycan, həm də Türkiyə mətbuatı üzərindən dəyərləndirilir. Xüsusən də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması və “Birgə Media Platforması”nın yaradılmasının aktuallığı vurğulanır. Bildirilir ki, iki qardaş ölkə arasında imzalanan media əməkdaşlığı media əlaqələrini daha da gücləndirəcək, Türkiyə üzərindən Azərbaycan mediasının dünyaya çıxışını sürətləndirəcək. Digər bir aktual məsələ də türk dünyasının media əlaqələrinin qurulmasında Azərbaycan mediasının əhəmiyyətli mövqeyidir. Azərbaycanın media qurumlarının MDB məkanında - Rusdilli məkandakı mövqeyi daha aktualdır. Bu məsələdə də Azərbaycan mediası Türkiyənin Qafqazda, Orta Asiyada, Rusiyanın tərkibindəki Türkdilli xalqlar arasında maraqların qorunmasında əhəmiyyətli yeri var və bu tarixi məkanlara çıxışda əvəzsiz vasitədir.
Birincil Dil | Azerice |
---|---|
Bölüm | Araştırma Makaleleri |
Yazarlar | |
Erken Görünüm Tarihi | 31 Mayıs 2023 |
Yayımlanma Tarihi | 31 Mayıs 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Cilt: 1 Sayı: 3 |