XX əsrin əvvəllərində yaşayıb-yaradan dahi Azərbaycan şəxsiyyətlərindən şair Əhməd Cavad və Mikayıl Müşfiq ilə qırğız ədəbiyyatının böyük şair-yazarı, bədii nəsrin və müasir qırğız dilinin banisi Qasım Tınıstanovun həyat və yaradıcılıqları bir-birinə bənzəməkdədir. Eyni dövrdə yazıb-yaradan şairlərin yaradıcılığında azadlıq, istiqlal, milliyyətçilik ideyalarının tərənnümü ilə yanaşı, vətən, torpaq, onun ecazkar təbiəti də ustalıqla təsvir edilmişdir. Bu xarakterik xüsusiyyətlərinə görə Qasım Tınıstanov poeziyasının gözəl nümunələrindən biri olan “Ысык-Көлгө” (Isık gölə) şeiri ilə Əhməd Cavad və Mikayıl Müşfiqin eyniadlı “Göy göl” şeirləri uyğunluq təşkil edir. Dağların ətəyində, meşələrin əhatəsində yerləşən, Tanrıdan aldığı gözəlliyi ilə sanki təbiətin özünə belə naz edən “Göy göl” və “Ысык-Көлгө” (Isık gölə) misralarında şairlərin yanğısı, doğma diyara, ana təbiətə böyük sevgisi, vətənpərvərlik duyğusu hiss olunmaqdadır. Azərbaycan təbiətinin bənzərsiz abidəsi Göy göl və qırğız elinin gözəllik abidəsi Isık göl ömür boyu azadlıq, istiqlal düşüncələri ilə yanıb-tutuşan şairlərin xəyallarını bəzəmiş və acı sonluğun gələcəyini bilərək sətiraltı mənalarla duyğularını dilə gətirməkdən çəkinməmişlər. Hər üç şeir milliyyətçilik, azadlıq və qəhrəmanlıq motifləri daşıdığından dolayı Sovet rejimi tərəfindən sərt bir şəkildə tənqid olunmuş, beləliklə Qasım Tınıstanov, Əhməd Cavad, Mikayıl Müşfiq kimi böyük şəxsiyyətlər 1937-ci ildə repressiyaya məruz qalaraq güllələnmişlər.
Birincil Dil | Türkçe |
---|---|
Konular | Sanat ve Edebiyat |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 20 Nisan 2020 |
Yayımlandığı Sayı | Yıl 2020 |
Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi Creative Commons Atıf-GayriTicari 4.0 Uluslararası Lisansı (CC BY NC) ile lisanslanmıştır.