Araştırma Makalesi
BibTex RIS Kaynak Göster

SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ

Yıl 2023, , 1 - 34, 31.07.2023
https://doi.org/10.59182/tudad.1277286

Öz

Azərbaycan xalqının və bütün Şərqin böyük şairi, XX əsrin əvvəllərində realist demokratik ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri Mirzə Ələkbər Sabirin (1862-1911) yaradıcılığında satira müstəsna rol oynayır. Şairin əsərləri tənqidi gülüşün müxtəlif formaları ilə zəngin olduğu kimi, gülüş üsulları etibarı ilə də rəngarəngdir. Satirik surətin öz danışığı ilə onun fərdi xarakterini açmaq və tənqid hədəfinə çevirmək üslubu bu cəhətdən diqqəti cəlb edir.
Ədəbiyyatımızda Sabirə qədər satira müxtəlif sənətkarlar tərəfindən işlənilmişdir. Lakin Sabir klassik şeir üslubunu eyni formada məzmunca dəyişdirə bildi: xalqı alışdığı bədii qəlibdə yeni dünya ilə üz-üzə qoydu, şeirin formasında yeniliklər etdi. Ömrünün 43-44 yaşlarınadək köhnə üsulda qəzəl, qəsidə yazan şairin ürəyini dolduran, didib parçalayan, ona rahatlıq verməyən fikir və hadisələr - millət məsələləri, əlbəttə, klassik şeir üslubunun məhdud çərçivəsinə sığa bilməzdi. XX əsrin əvvəllərində milli oyanış hərəkatının yüksəldiyi bir vaxtda yetişən Sabir ətrafda baş verən hadisələri dərk edərək şeirlərinə inqilabi bir xarakter vermiş, konkret materiallardan həyatın geniş lövhələrini yaratmış, gülüşün, istehzanın tərbiyələndirici gücündən məharətlə istifadə etmişdir.
Sabir satiralarının əksəriyyətində tipləri danışdırmaq özünü ifşa üsuluna geniş yer verilir. Tiplərin öz sözləri ilə onların xarakterini, daxili aləmini, kimliyini əks etdirmək Sabir yaradıcılığının səciyyəvi üsuludur. Sabir yaradıcılığında tip və portret yaratmağın üsulları müxtəlifdir. Bu üsullardan ən başlıcası Sabir şeirinin maneralarından olan nitqləndirmədir. Məqaləmizdə Sabir satiralarından örnəklər əsasında nitqləndirmənin yumoristik üslubdakı yeri gözdən keçirilmişdir.

Kaynakça

  • Azərbaycan ədəbiyyatı tarixi (1964). II cild, Bakı: Azərnəşr.
  • Xəndan, Cəfər (1962). Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı.
  • Hacıyev, Tofiq (1983). Molla Nəsrəddinin dili və üslubu. Bakı: Yazıçı nəşriyyatı.
  • Hüseynov, Firudin (1986). Molla Nəsrəddin və mollanəsrəddinçilər, Bakı: Yazıçı.
  • Məmmədquluzadə, Cəlil (1967). Əsərləri, II cilt, Bakı: Azərb.SSR EA nəşriyyatı.
  • Mirəhmədov, Əziz (1983). Azərbaycan ədəbiyyatına dair tədqiqatlar, Bakı: Maarif nəşriyyatı.
  • Mirəhmədov, Əziz (1958). Sabir, Bakı: Azərb.SSR EA nəşriyyatı.
  • Mir Cəlal, Hüseynov, Firudin (1982). XX əsr Azərbaycan ədəbiyyatı tarixi, Bakı: Maarif nəşriyyatı.
  • Mir Cəlal (1963). Ədəbiyyatşünaslığın əsaslar, Bakı: Azərtədrisnəşr.
  • Sabir (1980). Hophopnamə, Bakı: Yazıçı.
  • Zamanov, Abbas (1973). Sabir və müasirləri, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı.
  • Zamanov, Abbas (1979). Əməl dostları, Bakı: Yazıçı nəşriyyatı.
  • Zamanov, Abbas (1973). Sabir gülür, Bakı: Gənclik nəşriyyatı.
Toplam 13 adet kaynakça vardır.

Ayrıntılar

Birincil Dil Türkçe
Bölüm Makaleler
Yazarlar

Aida Babutcu

Yayımlanma Tarihi 31 Temmuz 2023
Yayımlandığı Sayı Yıl 2023

Kaynak Göster

APA Babutcu, A. (2023). SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ. Uluslararası Türk Dünyası Araştırmaları Dergisi, 6(3), 1-34. https://doi.org/10.59182/tudad.1277286
AMA Babutcu A. SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ. TÜDAD. Temmuz 2023;6(3):1-34. doi:10.59182/tudad.1277286
Chicago Babutcu, Aida. “SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ”. Uluslararası Türk Dünyası Araştırmaları Dergisi 6, sy. 3 (Temmuz 2023): 1-34. https://doi.org/10.59182/tudad.1277286.
EndNote Babutcu A (01 Temmuz 2023) SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ. Uluslararası Türk Dünyası Araştırmaları Dergisi 6 3 1–34.
IEEE A. Babutcu, “SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ”, TÜDAD, c. 6, sy. 3, ss. 1–34, 2023, doi: 10.59182/tudad.1277286.
ISNAD Babutcu, Aida. “SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ”. Uluslararası Türk Dünyası Araştırmaları Dergisi 6/3 (Temmuz 2023), 1-34. https://doi.org/10.59182/tudad.1277286.
JAMA Babutcu A. SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ. TÜDAD. 2023;6:1–34.
MLA Babutcu, Aida. “SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ”. Uluslararası Türk Dünyası Araştırmaları Dergisi, c. 6, sy. 3, 2023, ss. 1-34, doi:10.59182/tudad.1277286.
Vancouver Babutcu A. SABİR SATİRALARINDA NİTQLƏNDİRMƏ. TÜDAD. 2023;6(3):1-34.