Azərbaycan xalqının və bütün Şərqin böyük şairi, XX əsrin əvvəllərində realist demokratik ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri Mirzə Ələkbər Sabirin (1862-1911) yaradıcılığında satira müstəsna rol oynayır. Şairin əsərləri tənqidi gülüşün müxtəlif formaları ilə zəngin olduğu kimi, gülüş üsulları etibarı ilə də rəngarəngdir. Satirik surətin öz danışığı ilə onun fərdi xarakterini açmaq və tənqid hədəfinə çevirmək üslubu bu cəhətdən diqqəti cəlb edir.
Ədəbiyyatımızda Sabirə qədər satira müxtəlif sənətkarlar tərəfindən işlənilmişdir. Lakin Sabir klassik şeir üslubunu eyni formada məzmunca dəyişdirə bildi: xalqı alışdığı bədii qəlibdə yeni dünya ilə üz-üzə qoydu, şeirin formasında yeniliklər etdi. Ömrünün 43-44 yaşlarınadək köhnə üsulda qəzəl, qəsidə yazan şairin ürəyini dolduran, didib parçalayan, ona rahatlıq verməyən fikir və hadisələr - millət məsələləri, əlbəttə, klassik şeir üslubunun məhdud çərçivəsinə sığa bilməzdi. XX əsrin əvvəllərində milli oyanış hərəkatının yüksəldiyi bir vaxtda yetişən Sabir ətrafda baş verən hadisələri dərk edərək şeirlərinə inqilabi bir xarakter vermiş, konkret materiallardan həyatın geniş lövhələrini yaratmış, gülüşün, istehzanın tərbiyələndirici gücündən məharətlə istifadə etmişdir.
Sabir satiralarının əksəriyyətində tipləri danışdırmaq özünü ifşa üsuluna geniş yer verilir. Tiplərin öz sözləri ilə onların xarakterini, daxili aləmini, kimliyini əks etdirmək Sabir yaradıcılığının səciyyəvi üsuludur. Sabir yaradıcılığında tip və portret yaratmağın üsulları müxtəlifdir. Bu üsullardan ən başlıcası Sabir şeirinin maneralarından olan nitqləndirmədir. Məqaləmizdə Sabir satiralarından örnəklər əsasında nitqləndirmənin yumoristik üslubdakı yeri gözdən keçirilmişdir.
Birincil Dil | Türkçe |
---|---|
Bölüm | Makaleler |
Yazarlar | |
Yayımlanma Tarihi | 31 Temmuz 2023 |
Yayımlandığı Sayı | Yıl 2023 Cilt: 6 Sayı: 3 |