Azərbaycan dilinin tarixi məsələlərinin doğru çözümündə M.Kaşğarinin “Divani-lüğət-it-türk” əsərinin xüsusi yeri vardır. Tarixi morfologiyanın, eləcə də digər səviyyələrdə mühüm problemlərin bu abidənin materialları əsasında tədqiqi müasir araşdırmalarda vacib məsələdir. Düşünürük ki, Azərbaycan dilində nidaların tarixi inkişafını öyrənmək maraqlı nəticələrə gəlməyə imkan verəcəkdir. Qeyd etmək lazımdır ki, Mahmud Kaşğari “Divan”ın lüğət-sözlüyünə nidaları da daxil etmişdir. Bu da tətbiqi dilçilikdə nidaların lüğəvi mənasının olmaması ilə bağlı olan yanlış fikirləri tamam alt-üst edir. Nidalar məzmunca bitmiş fikri ifadə etməklə bərabər, semantik baxımdan emosional, imperativ, vokativ və s. mahiyyət daşıyır. Nidaların tədqiqatında, əsasən, hiss və duyğuların ifadəsinə aid olan dil faktları öyrənilir. Digər növlər isə köməkçi nitq hissələrinin tərkibində ümumi halda qalır. Əslində, nidalar adı altında toplanmış belə sözlərin bir qismi hal-hazırda vokativlər kimi araşdırılır. Düşünürük ki, eyni fikirləri imperativ nidalar barədə də söyləmək mümkündür. Məqalədə Azərbaycan ədəbi dilində və şivələrdə daha intensiv olan nidalara diqqət verilir. Məsələn, Ay!/Az!; Əyə!/Əkə! və s. kimi insana aid olan nidalarla bərabər, insanın diğər canlılara görə istifadə etdiyi vokativ nidalar da tədqiqat obyektidir. Bu sıraya qədim türklərin ata, öküzə, oğlaqa, dəvəyə, şahinə və s. aid vokativ nidaları daxildir.
İnsanın ünsiyyət ehtiyacının ilk səsli ifadəsi olan nida morfemlərinin araşdırılması onların özünün morfonoloji izahı əsasında yerinə yetirilir. Bu zaman ortaya çıxan faktlar nida morfemlərin etimoloji çözümünə imkan verir və eyni zamanda həmin morfemlərin dildə sözyaratma imkanlarını açıb göstərir.
Azərbaycan dili nida morfemləri tarixi-dialektoloji Divani-Lüğət-it-Türk
Azerbaycan Milli Bilimler Akademisi
The Diwan Lughat al-Turk by Mahmud Kashgari has an important role in correct settlement of historical issues of Azerbaijani. Study of historical morphology as well as other issues in different levels on the basis of materials of this record is significant for modern research works. Study of historical development of interjections in Azerbaijani can pave the way for interesting conclusions. Notably, Mahmud Kashgari included interjections in his famous Diwan vocabulary. Interjections contain emotional, imperative, vocative and other substance in terms of semantic aspect. Study of interjections mainly includes linguistics facts belonging to expression of feelings and emotions, while some types stay in general in the structure of other parts of speech. A part of such words gathered under the name of interjections are currently studied as vocatives. The same approach can be displayed in regard to imperative interjections. In the article, attention has been paid to more intensive interjections in literary Azerbaijani and its accents. Study of interjection morphemes is implemented on the basis of their morphonological explanation. Facts enable us to achieve etymological conclusions of interjection morphemes and reveal the ability of lexicalization of such morphemes.
Azerbaijani Diwan Lughat al-Turk interjection morphemes Historical-Dialectological Divani-Lüğət-it-Türk
Birincil Dil | Türkçe |
---|---|
Konular | Dilbilim |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 20 Aralık 2022 |
Gönderilme Tarihi | 14 Kasım 2022 |
Yayımlandığı Sayı | Yıl 2022 |
TÜRKLAD'ın içeriği Creative Commons Atıf-Gayriticari 4.0 Uluslararası Lisansı ile lisanslanmıştır. E-ISSN: 2587-1293
Fırat Üniversitesi İnsani ve Sosyal Bilimler Fakültesi, Türk Dili ve Edebiyatı Bölümü – Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, Rektörlük Yerleşkesi ELAZIĞ-TÜRKİYE / Telefon: +90 424 237 00 00 – 3525 / 3637; Belgeç: +90 424 233 00 62; elmek: uluturklad@gmail.com