Türk xalqlarının təsəvvüründə səma cisimləri haqqındakı örnəklər arasında da Ülkər ulduzu, onun etiologiyası ilə bağlı nümunələr özünəməxsus yer tutur. Müxtəlif nəzəri mənbələrdə və şifahi örnəklərdə çox parlayan Ülkər ulduzu bir çox hallarda ulduzlar topası, Türkiyə folklorşünaslığında “ulduz kümesi” kimi tanıdılır. Bu örnəkləri araşdırarkən ilk növbədə Ülkər ulduzunun adlandırılması məsələsinə toxunmağı lazım bilirik. Bir çox tədqiqat əsərlərində və lüğətlərdə bu ada müəyyən izahlar verilmişdir. Ülkər ulduzu bəzi şifahi örnəklərdə elə bizim ifadə etdiyimiz kimi, Ülkər adlandırılır. Müxtəlif Türk xalqlarının folklorunda Ülkər fərqli adlarla ifadə olunur.
XI-XIV əsrlər Türkmən alimlərinin əsərlərində tez-tez ulduz topası Pleyada (Ülkər) haqqında danışılır. Salar Babanın əsərində o, Sureya, Qazi Bürhanəddinin əsərində Pərvin adlandırılır. Türk xalqları arasında geniş yayılmış şifahi örnəklərə görə, qədim zamanlarda Ülkər havanı idarə edən ruh imiş. Ülkər nə vaxt görünməyə başlasa, öldürücü soyuqlar və fırtınalar başlayar.
Örnəklərdə əksər hallarda ulduzun maddi olaraq yaranışından söz açılır. Digər bir örnəkdə Ülkər adının yaranışından bəhs olunaraq, müəyyən hərəkətlə əlaqələndirilir. Bu mövzulu örnəklərin süjetlərində “göyə çıxma” motivi əsas yer tutur. Ülkərin digər bir canlı tərəfindən göyə aparılması faktına da Türk xalqlarının təsəvvürlərində rast gəlinir.
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Türk xalqlarının dünyagörüşündə indiki vəziyyəti soyuq hava ilə əlaqələndirilən Ülkər ulduzu örnəklərdə yür üzündə yaşayan hər hansı canlıdır. Həmin canlı müəyən səbəblərdən göy üzünə qalxır, Ülkər ulduzuna çevrilir.
Türk Xalqları Folkloru Ülkər Ulduzu Çevrilmə Təqib Ulduz Topası
Among the examples of heavenly bodies in the imagination of the Turkic nations, the Ulkar star and the examples related to its etiology occupy a special place. The Ulkar star in various theoretical sources and oral examples, is often referred to as a "cluster of stars" in Turkish folklore. While examining these examples, we feel that it is necessary to touch upon the naming of the Ulkar star first. In many research works and dictionaries, certain explanations have been given to this name. In some verbal examples, the star of Ulkar is called Ulkar, just as we express it. In the folklore of different Turkic nations, this star is expressed by different names.
In the works of Turkmen scientists of the 11th-14th centuries, the star cluster Pleiades (Ulkar) is often mentioned. In Salar Baba's work, she is called Sureya, and in Gazi Burhaneddin's work, she is called Parvin. According to oral tradition widely spread among the Turkic nations, in ancient times Ulkar was the spirit that controlled the weather. Whenever the Ulkar begins to appear, the deadly cold and storms begin.
In the examples, in most cases, there is talk about the material creation of the star. In another example, the origin of the name Ulkar is mentioned, and it is associated with a certain action. In the plots of examples with this theme, the motif of "going to sky" occupies a central place. The fact that the Ulkar was taken to the sky by another creature is also found in the imaginations of the Turkic nations.
From all this, it can be concluded that in the worldview of the Turkic nations, the Ulkar star, which is associated with cold weather, was any creature on earth before transformation. Then that creature rose to the sky for various reasons and became the star of Ulkar.
folklore of Turkic nations Ulkar star transformation persecution cluster of stars
Birincil Dil | Türkçe |
---|---|
Konular | Türkiye Dışındaki Türk Halk Bilimi |
Bölüm | Araştırma Makalesi |
Yazarlar | |
Yayımlanma Tarihi | 20 Haziran 2024 |
Gönderilme Tarihi | 11 Mayıs 2024 |
Kabul Tarihi | 6 Haziran 2024 |
Yayımlandığı Sayı | Yıl 2024 |
TÜRKLAD'ın içeriği Creative Commons Atıf-Gayriticari 4.0 Uluslararası Lisansı ile lisanslanmıştır. E-ISSN: 2587-1293
Fırat Üniversitesi İnsani ve Sosyal Bilimler Fakültesi, Türk Dili ve Edebiyatı Bölümü – Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, Rektörlük Yerleşkesi ELAZIĞ-TÜRKİYE / Telefon: +90 424 237 00 00 – 3525 / 3637; Belgeç: +90 424 233 00 62; elmek: uluturklad@gmail.com